 1918-ci il 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş soyqırımın ildönümüdür. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Peşəkar Futbol Liqasının kollektivi xalqımıza dərin hüznlə baş sağlığı verir.
|