 Ötən il Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən “Qəbələ” klubu 2017/2018-ci illər mövsümünə II mərhələdən başlayacaq. “Qəbələ” Avropa Liqasının II mərhələsində “Yagelloniya” (Polşa) – “Dinamo Batumi” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, II mərhələnin ilk oyunları 13 iyul, cavab görüşləri isə 20 iyulda olacaq.
|