 Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirildi. Ölkəmizi ilk dəfə bu mərhələdə təmsil edəcək “Qarabağ”ın da rəqibi müəyyənləşdi. Qurban Qurbanovun başçılıq etdiyi komanda Danimarka çempionu “Kopenhagen”lə üz-üzə gələcək. Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
|