 “İnStat” şirkəti Topaz Premyer Liqasının II turunun təhlilini yekunlaşdırıb. Aparılan təhlilə əsasən TPL-də ikinci turun ən yaxşı oyunçusu “Qarabağ”ın üzvü Filip Ozobiç seçilib. Yarımmüdafiəçi “Qarabağ”ın heyətində TPL-də keçirdiyi debüt oyununda hamını üstələməyi bacarıb. Qeyd edək ki, I turun ən yaxşı oyunçusu “Neftçi”nin üzvü Emin Mahmudov idi.
|