 “İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün VI turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Markos Madera, və ya qısaca Miçeldir. “Sabah”a qarşı keçirilən oyunda ispan 1 qolun müəllifi olub. Araşdırmalara əsasən Miçel turun ən yüksək indeksə malik olan futbolçusudur.
|