 “İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün IX turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevdir. “Qəbələ”yə qarşı keçirilən oyunda müdafiəçi dubla imza atıb. Araşdırmalara əsasən Şəhriyar Əliyev turun ən yüksək indeksə malik olan futbolçusudur.
|