 “InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXVII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın hücumçusu Mahir Mədətovdur. 22 yaşlı futbolçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.
|