 2018/2019-cu illər mövsümünün son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Tədbirdə 2012-ci ildən Premyer Liqamızla əməkdaşlıq edən “Topaz” şirkəti Peşəkar Futbol Liqası tərəfindən hazırlanan xüsusi hədiyyəyə layiq görüldü. Hədiyyəni “Caspiantech”-in baş direktoru Vüsal Məmmədova AFFA prezidenti Rövnəq Abdullayev təqdim etdi.
|