 Avropa Liqasındakı komandalarımızın mərhələni keçəcəyi halda qarşılaşacağı rəqiblər müəyyənləşdi. “Neftçi” “Arsenal”ı (Rusiya) məğlub edə bilsə, İsrailin “Bney Yehuda Təl-Əviv” klubu ilə görüşəcək və ilk oyun Bakıda olacaq. “Qəbələ” “Dinamo Tbilisi”ni (Gürcüstan) mübarizədən kənarlaşdırsa, Hollandiyanın “Feyenord” komandasına rəqib olacaq və ilk görüş səfərdə baş tutacaq.
|