 Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirildi. A qrupunda mübarizə aparan “Qarabağ” “Sevilya”nı (İspaniya) qəbul etdi. İlk hissəsi qolsuz başa çatan matçın ikinci hissəsində qonaqlar 3 dəfə fərqləndilər. Yekunda 0-3 məğlub olan “köhlən atlar” Avropa Liqasında növbəti görüşünü səfərdə “Düdelanj”a (Lüksemburq) qarşı keçirəcək.
|