 Azərbaycan Kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşdi. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlayacaq tədbirə KİV nümayəndələri dəvətlidir.
|