 Bakının “Sabah” klubu Premyer Liqada 10-cu qələbəsini qazanıb. Bu, komandanın 40-cı görüşünə təsadüf edib. XII turun “Səbail”lə qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn bakılılar 6-cı dəfə səfərdən üç xalla dönüb. Qeyd edək ki, “Sabah” Azərbaycan çempionatlarında 10 və daha çox qələbə qazanan 50-ci komandadır.
|