 Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə “Molde”ni (Norveç) qəbul edən “Qarabağ” məğlub olaraq mübarizəni dayandırdı. Əsas və əlavə vaxtı 0-0 bitən matçın penaltilər seriyasında qonaqlar üstün oldu – 5:6. Ağdamlılar mübarizəni Avropa Liqasının pley-of mərhələsində davam etdirəcək. Bu mərhələnin püşkü 18 sentyabrda atılacaq.
|