 Topaz Premyer Liqasının VIII turunda "Kəpəz" doğma azarkeşləri önündə "Qarabağ"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Yeni məşqçi karyerasına başlaması münasibətilə Mahmud Qurbanovu təbrik edirəm. Ona uğurlar arzulayıram. Bugünkü oyunla yaxşı məşqçi bacarığı olduğunu göstərdi. Yaxşı komanda yaradacağına inanıram. Komandanı dəstəkləyən azarkeşlərin sayı da çoxalır. Futbolçularım sonadək mübarizə apardılar, nəticə əldə etmək istəyirdik. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hər iki komandanın aktivinə bir xal yazıldı. Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Xoş sözlərə görə təşəkkür edirəm. “Qarabağ” Azərbaycanın ən güclü klublarından sayıram. Rəqib topu çox yaxşı saxlayır. Heyətində milli komandanın futbolçuları var. “Qarabağ”ın oyununu həmişə bəyənmişəm. Bu gün müdafiə taktikası ilə oynadıq. Futbolçularım verdiyim taktikanı tam yerinə yetirdilər, heç bir mövqedə uduzmadılar, rəqibə heç bir şans vermədik. Bizim üçün bu bir xal qızla bərabərdir. Uşaqlar ümidlərimi doğrultdular”.
|