 Topaz
Premyer Liqasında yaranmış fasilədən istifadə edəcək paytaxt “İnter”i yoxlama oyununda qüvvəsini sınayacaq. Klubdan verilən məlumata görə, Kaxaber Sxadadzenin yetirmələri
“Qarabağ”la yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi ilə qarşılaşma oktyabrın 13-də “Şəfa” stadionunda keçiriləcək. Oyunun başlama vaxtı
18:00-dır.
|