 Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi. Mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir. Qeyd edək ki, I Divizionda yeni mövsüm 14 sentyabrda start götürəcək.
|